Sərdar Yusifoğlu: “Xaricdə təhsil alan tələbələrimizin də seçkidə iştirakı vacibdir”backend

Sərdar Yusifoğlu: “Xaricdə təhsil alan tələbələrimizin də seçkidə iştirakı vacibdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunun üçün aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları qarşıdan gələn növbəti prezident seçkiləri ilə bağlı təbliğat və təşviqat işləri aparırlar. Bu baxımdan \”Gəncliyin Elmi Mədəni İnkişafı” (GEMİ) İctimai Birliyi tərəfindən də xaricdə təhsil alan tələbələrimizin seçki fəallığının artırılması üçün onlarla görüşlərin keçirilməsi və maarifləndirməsi tədbirləri həyata keçirilir. GEMİ İB-nin sədri Sərdar Yusifoğlu bizimlə söhbətində qeyd etdi ki, görüşlərin əsas məqsədi xaricdəki həmvətənlərimizin seçkidə iştirakını asanlaşdırmaqdır: \”Bildiyimiz kimi, \”GEMİ” dünyanın 12-dən çox ölkəsinə tələbələr göndərir. Bizim həm bakalvar, həm magistratura, həm doktorantura, həmçinin xarici dili öyrənmə kursları, habelə müxtəlif sahələr üzrə təcrübələrin artırılması proqamları üzrə xaricdə təhsil alan tələbələrimiz var. Artıq illərdir ki, bu proses davam etməkdədir. Və bizim təşkilatın İdarə Heyəti tərəfindən bu dəfə belə bir təşəbbüs irəli sürüldü ki, Təşkilat Sədri özü şəxsən xaricdə yaşayan vətəndaşlarımızla görüşlər keçirsin və onları qarşıdan gələn prezident seçkilərində növbəti dəfə cənab İlham Əliyevə xaricdəki gənc səfirlərimiz olaraq səslərini versinlər. Belə ki, məhz ölkədə baş verən stabillik və inkişaf nəticəsində bu gün görüşdəki gənclərimiz çox rahat şəkildə evlərindən kənarda özlərini çox rahat hiss edir və təhsillərini davam etdirirlər. Cənab Prezidentin \”neft kapitalını insan kapitalına çevirmək” şüarını əldə bayraq tutaraq, ölkəmizə savadlı kadr formasında geri dönmələri üçün \”GEMİ” İB-nin sədri Sərdar Yusifoğlu onlara təhsil müddətlərində, habelə ölkəyə qayıdandan sonra, işlə təmin olunmalarında dəstək olacağını bildirdi. Ölkəmizin konsulluq və səfirliklərindən aralı şəhərlərdə təhsil alan tələbələrimizin isə seçkiyə gəlməsi üçün vaxt və maliyyə çətinlikləri ola bilər. Ona görə sözügedən təşkilatın sədri qərara verdi ki, bu gənclərimizin də seçkidə iştirakını asanlaşdıraq. Eyni zamanda onların səfirliklərlə əlaqələrini daha da möhkəmləndirək. Bunun üçün ilk öncə Amerika Birləşmiş Ştatları, Almaniya, İspaniya, İsveçrə və Ukraynadakı səfliyimizlə danışıqlar aparıldı və vətəndaşlarımıza səs vermə ilə bağlı hər hansı çətiliyin yarandığı təqdirdə, onlara kömək göstərilməsi üçün çağırış edildi. Mart ayı ərzində ABŞ-ın bir neçə ştatında Azərbaycanlı tələbələrlə görüş təşkil edən Sərdar Yusifoğlu ən çox Azərbaycanlı tələbələrin cəmləşdiyiMassaçausets ştatının paytaxtı Boston şəhərində, Vaşinqtonda, İsveçrədə , Berlində, Madrid,Kiyev və Lvovda tələbələr arasında maarifləndirmə işləri apardı və onları ölkə başçısına səs verməyə çağırdı. Yeri gəlmişkən, \”GEMİ” sosial şəbəkələrdə də maariflənmə işlərini davam etdirir. \”Facebook” sosial şəbəkəsində \”GEMİ” İB-nin üzvlərinin təşəbbüsü ilə 2013-cü ildə yaradılmış \”Prezidentə Dəstək” qrupu öz əhatəsini genişləndirməkdədir: \”Təkcə nəinki gənclər, bütün Azərbaycan xalqı Prezidenti dəstəkləyir. Biz xalqla ünsiyyətdə olanda, həmçinin sosial şəbəkələrdə bunu müşahidə edirik. Bizim 2013-cü ildə yaratdığımız \”Prezidentə Dəstək” qrupuna qısa müddətdə 23 mindən artıq insanın qatıldığnın şahidi olduq. 2018-ci ildə də qrupun fəallığı davam edərək 31 minə çatmışdır. Fürsətdən istifadə edib bütün dəstəkçilərə \”GEMİ”-nin rəbəri olaraq minnətdarlığımı bildirirəm”. Həmsöhbətimizin fikrincə, gənclərdə güclü seçki fəallığı hiss olunur: \”Artıq biz əvvəlki onilliklə indiki onilliyi müqayisə edəndə görürük ki, gənclərdə siyasi təfəkkürün oyanması daha geniş hiss olunur. İctimai təşkilatların çoxalması və fəaliyyətlərinin genişlənməsi gənclərdə bu fikri formalaşdırır. Artıq gənclərin bir hissəsi QHT-lərdə, digər hissəsi isə fərdi şəkildə inkişaf etməyə başlayırlar. Bu da gənclərin seçkilərdə iştirak etməsi üçün mühüm faktora çevrilib”.

İnterpress.az