Bəllidir ki, bir gündən sonra Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Bu münasibətlə seçki günü həmin qaraguruhçu şəbəkə Almaniyanın Berlin şəhərində Azərbaycan səfirliyinin qarşısında mitinq keçirməyi planlaşdırır. Həmin gün Musavat Avropa Kordinasiya Mərkəzi (AKM) də Avropanın 4 şəhərində eyni gündə, eyni saatda mitinqlər keçirməyi hədəfləyib.
Bu barədə Musavat AKM tərəfdaşı olan Əhməd Cəlaloğlu öz facebook səhifəsində belə yazıb yazıb: “Müsavat AKM Avropanın 4 yerində eyni gündə eyni saatda mitinq kecirmək qərarını həftələr öncə vermişdir. 11.Aprel 2018 tarixində keçirilməsi nəzərdə tutulan mitinqlərimizin Almaniyanın Hessen əyaləti üzrə Frankfurt şəhər mərkəzində, NRW əyaləti üzrə Münster şəhər mərkəzində, Bayern əyaləti üzrə Noumark şəhər mərkəzində keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, Fransa Respublikası üzrə koordinatorluğumuz eyni gündə mitinqin keçirilməsini həyata keçirəcək. Terror hadisəsinə görə Münster şəhərindəki mitinq təxirə salındı, ancaq digər 3 yerdə nəzərdə tutulan mitinqimiz yüksək səviyyədə həyata keçiriləcəkdir…”.
Bundan xəbər tutan digər qaraguruhçu, antimilli şəbəkə isə var gücü ilə çalışır ki, Musavat AKM-ni ələ alsın, qüvvələrini birləşdirsin. Konkret olaraq, bu şəbəkənin bir neçə ünsürü öz “Facebook” səhifəsində status yazaraq Musavat AKM-dən dəstək istəyir. Yəni Avropanın ayrı-ayrı şəhərlərində mitinq keçirməkdənsə, onlara qoşularaq Berlində Azərbaycan səfirliyi qarşısında mitinq keçirməyi xahiş, bəzən də tələb edirlər. Antimilli şəbəkənin fəallarından olan Rəsul Mürsəlov adlı ünsürü öz profilində belə yazır: “Məntiqlə seçkilərə etiraz Azərbaycan səfirliyinin qarşısında olmalıdır, elə deyil? 11 apreldə Berlində, Azərbaycan səfirliyinin qarşısında mitinqimiz var. Maraqlıdır ki, Müsavat AKM Almanyanın başqa şəhərində eyni gün aksiya təyin edib (bizdən sonra). İndi AKM-ə müraciət edirəm; gəlin Avropada bölünməyək, birlikdə daha güclüyük. Başqa şəhərdə təyin etdiyiniz aksiyanı ya ləğv edin, ya da Berlinə gəlin”.
Baxın, bu əlacsız varlıqlar hələ kimin öncə mitinq qərarı verməsini didişdirir. Hələ utanmadan Azərbaycana muxalif mövqedə olan şəxsləri və partiyaları da öz ətraflarına cəmləmək istəyirlər. yazılan digər status və rəylərdə intriqa daha da kəskinləşir. Biri deyir “Musavat”ın mitinqi elə bugünə qalmışdı? Neçə illərdir nə əldə edə biliblər ki? Qarşı tərəf isə “Muhacirlər kimdir ki, biz onlara qoşulaq, onlar gəlib bizə qoşulsunlar” kimi fikirlər paylaşır. Bax budur başsızlıq, budur özbaşınalıq. Yalavac küçə itinə birdən-birə yal verib köpdürəndə hara gəldi cumduğu, hürdüyü kimi, bunlar da nə etdiklərinin fərqində deyillər…
Əslində, hər iki tərəf eyni əldən idarə olunur, eyni qabdan su içirlər. Ona görə də onlar ayrılıqda, yaxud birgə yedikləri eyni şeyi qusacaqlar.
Burada maraqlı olan əsas məqam odur ki, Avropadakı antiazərbayacançı şəbəkə gücsüz, arxasız, dayaqsız olduğunu anlayır. Ətrafarlarına yeni qüvvələr toplamaq istəyirlər. Amma nə fayda, hamısını bir araya yığsan belə, təkcə Avropadakı tələbələrimiz qədər eləmir. Çox müsbət haldır ki, artıq Avropada yaşayan vicdanlı, vətənpərvər həmyerlilərimiz antimilli ünsürlərə artıq öz yerlərini və kimliklərini göstərirlər. Çünki bu ünsürlər öz əxlaqsız, qeyri-etik davranışları ilə nəinki Azərbaycan hakimiyyətini, Azərbaycan xalqını belə təhqir etməkdən çəkinmirlər. Bu isə haqlı olaraq cəmiyyətdə onlara qarşı çox kəskin nifrət formalaşdırır…
İnterpress.az