Bakıda məşhur “Mado” restoranlar şəbəkəsi bağlandıbackend

Bakıda məşhur “Mado” restoranlar şəbəkəsi bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Mado\” restoranlar şəbəkəsinin paytaxtın Nizami küçəsində yerləşən restoranı bağlanıb.

Restoran 10 aprel tarixindən qonaqların üzünə bağlanıb. Belə ki, Fəvvarələr meydanında yerləşən \”Mado\” restoranına üz tutan qonaqlar gözlənilməz hadisə ilə qarşılaşıb.

Restoranın qapısının qarşısında duran mühafizəçilər müştərilərə restoranın fəaliyyətini dayandırdığını bildiriblər. Məlum olub ki, restoranın qapıları da bağlanıb. Məlumatda deyilir ki, sözügedən ünvanda yerləşən restoran sonuncu dəfə aprelin 9-da fəaliyyət göstərib.

\”Mado\”nun hansı səbəbdən bağlandığı bilinmir.

Qeyd edək ki, \”Mado\” restoranlar şəbəkəsi dünyanın bir çox ölkələrində fəaliyyət göstərir.

Xatırladaq ki, ötən il Vergilər Nazirliyi tərəfindən nəzarət tədbirləri həyata keçirilib. Nəticədə vergi ödəyicisi olan işəgötürənlər arasında qanunsuz olaraq, əmək müqaviləsi olmayan işçilər aşkar olunub. Qanunsuz şəkildə əmək müqaviləsi olmadan işçiləri aşkar olunan işəgötürənlər arasında \”Mado\” şirkətinin də adı qeyd olunub.

İnterpress.az