Müxalifətin Milli Şura adlı radikal qrupu və Müsavat partiyasının növbəti birgə aksiyası başlayıb.
İnterpress.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya “Məhsul” stadionunda keçirilir.
Hazırki məlumata əsasən, mitinqə gələnlərin sayı xeyli azdır.
Qeyd edək ki, Milli Şura və Müsavatın birgə mitinqi digər müxalif partiyalar tərəfindən boykot edilib.
Aksiya iştirakçılarının təhlükəsizliyi polis tərəfindən təmin olunur.
İnterpress.az