İnterpress.az xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 47 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 123 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Həftə ərzində ölkənin avtomobil yollarında 24 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər ölüb, 38 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 151 nəfər saxlanılıb.(report)
İnterpress.az