“Mənim dediklərimi tərsinə çevirirlər, ona görə də, mən bundan sonra heç bir mətbuat orqanına açıqlama verməyəcəm”.
Bunu İnterpress.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev “Astan Şahverdiyevi jurnalistlər öldürdü” fikrinə münasibət bildirərkən deyib.
Millət vəkili jurnalistlərə böyük hörmətinin olmasına baxmayaraq, jurnalistlərin onu ovladığını vurğulayıb:
“Fikirlərimi təhrif edərək oxucuları üzür üzməyinə, gedib bir üzünə baxsın, gözünə baxsın görsün ki, yazdığı sözləri nə dərəcə düzgündür. Mənim jurnalistlərə böyük hörmətim var, onlar mənim dostumdur və həmişə yanımda olublar. İdman həyatımda da mən heç vaxt jurnalistlərin arxasıyca nəsə deməmişəm. Burdan bir daha xahiş edirəm ki, iki nəfərə aid olan şeyi bütün camaata yaymasınlar. Yenə deyirəm ki, jurnalistlər mənim dostumdur, hörmət etdiyim insanlardır. Kim də mənim haqqımda nə fikirlər yazırsa, mən bilirəm ki, deyəsən, məni ovlamaq istəyirlər. Özləri bilər. Mən cəmiyyətə düzgün informasiya çatdıran jurnalistləri sevirəm. Hamımız dövlətimiz üçün xidmət edirik. Çox sağolun, mənim fikrim bundan ibarətdir, vəssalam”.
Səid Qərib
İnterpress.az