Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən İnterpress.az-a verilən xəbərə görə, Hacıqabul şəhəri istiqamətdə hərəkətdə olan 99JF057 dövlət nömrə nişanlı “MAN” markalı yük maşınının sürücüsü naməlum səbəbdən idarə etməni itirib və yük maşını yol ayrıcında quraşdırılmış metal təhlükəsizlik səddini dağıdaraq qarşı tərəfə çıxaraq aşıb.
Baş vermiş qəza nəticəsində yol ayrıcında quraşdırılmış 60 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər sıradan çıxıb. İlkin hesablamalara görə, yol təsərrüfatına 4 min manata yaxın ziyan dəyib.
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.
İnterpress.az