İnterpress.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də rayon ərazisindəki evlərin birindən 1800 manat və 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Etibar Kərimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az