“Heydər Əliyevin milli dövlətçilik strategiyasında…” – Energetika naziri danışdıbackend

“Heydər Əliyevin milli dövlətçilik strategiyasında…” – Energetika naziri danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Heydər Əliyevin milli dövlətçilik strategiyasında enerji-kommunikasiya məsələləri öncül yer tuturdu\”.

İnterpress.az \”Report\” istinadənxəbər verir ki, bunu bu gün Bakıda işə başlamış Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) III Beynəlxalq \”Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya\” Forumunda çıxış edən energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa regionunun enerji təhlükəsizliyinin təminatçısıdır: \”Azərbaycanın həyata keçirdiyi enerji siyasəti Asiya və Avropa regionunu uzun müddət bir-biri ilə əlaqələndirəcək. Düşünürəm ki, bu forumda energetikanın gələcək inkişafı ilə bağlı suallara aydınlıq gətiriləcək\”.

Nazir həmçinin qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyinə diqqətlə yanaşır: \”Azərbaycan ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerji mənbələrinə də diqqət göstərir. Bu isə bir enerji mənbəyindən asılılığı azaldır\”.

İnterpress.az