AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıbbackend

AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün qəbul edilən qərarda səbəb olaraq bu seçkilərin Avropa kriteriyalarına uyğun olmayacağı göstərilib.

Qeyd olunub ki, siyasi partiyalara seçkilərə uyğunlaşmaq və hazırlaşmaq üçün qısa müddət verilib. Həmçinin qərarda seçki qanunvericiliyinin seçki tarixindən üç ay əvvəl dəyişdirilməsinin Venesiya komissiyasının tövsiyələrinə zidd olduğu xatırladılıb.

Türkiyənin baş naziri Binəli Yıldırım isə buna münasibət bildirərək seçimi Türkiyənin edəcəyini deyib: \”AŞPA öz işinə baxsa, yaxşı olar. Seçimi Türkiyə edəcək. Türkiyədə seçkilər demokratik şəraitdə keçirilir\”. ( apa )

İnterpress.az