\”Azərbaycanda təhsillə elm arasında əlaqələr genişlənib\”.
İnterpress.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimatı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, son dövrlər ADNSU-nun nüfuzu artıb.
Universitetdə xarici dildə tədris aparılan ixtisasların 4-dən 19-a yüksəldiyini xatırladan nazirin sözlərinə görə, ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir: \”Növbəti tədris ilində yataqxanın istifadəyə verilməsi planlaşdırılır. Qeyd edim ki, universitetin ikinci korpusu də təmir ediləcək\”.
İnterpress.az