İnterpress.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.
Məlumata görə, hazırda prospektin həmin hissəsində əsas və köməkçi yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətini rəhbəri Anar Nəcəfli Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacağını vuurğulayıb.
\”Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq. Məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq. Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin yan yollarından istifadə etmələri xahiş olunur\”, – deyə qurumun mətbuat xidmətinin rəhbəri bildirib.
İnterpress.az