Bu haqda İnterpress.az-a DİN mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumatda bildirilib.
Samur PB-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğruluğu törətməkdə şübhəli bilinən Yasab-oba kənd sakini Tofiq Aslanov saxlanılaraq bölməyə gətirilib. Dindirilmə zamanı o törətdiyi oğruluq hadisəsini etiraf edib.
Faktlarla bağlı araşdırmalar aparılır.
İnterpress.az