İnterpress.az xəbər verir ki, tədbirdə Monteneqronun dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin, qeyri-hökumət təşkilatlarının və KİV-lərin təmsilçiləri iştirak ediblər.
Film tamaşaçılar tərəfindən maraqla izlənilib.
Qeyd edək ki, “Arşın mal alan” filmi 1913-cü ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında 1945-ci ildə ağ-qara formatda çəkilib. Ekran işi Heydər Əliyev Fondunun təşəbbüsü və “Ata Holding” şirkətinin dəstəyi ilə 2013-cü ildə operettanın 100 illiyi münasibətilə Hollivudda bərpa edilib.
İnterpress.az