İnterpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda 32 mərtəbəli binanın (hazırda istismar olunmur) metal konstruksiyalardan ibarət xarici divar üzlüyünün altına çəkilmiş şüşə-pambıq örtüyü 390 m² sahədə yanıb.
\”Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb\”, – deyə məlumatda bildirilib.
İnterpress.az