Dünya ulduzu “Baku Crystall Hall”da \”Genie in a bottle\”, \”Say something\”, \”Lady Marmalade\” kimi məşhur hitlərini səsləndirib.
Kristinanın ardınca isə DJ-lər Axwell and İngrosso səhnəyə çıxaraq, Formula 1 fanatlarına unudulmaz emosiyalar yaşadıb.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Pri yarışlarının finalı bu gün baş tutacaq. Mövsümün dördüncü yarışının qalibi məlum olduqdan sonra isə son vaxtların ən məşhur xanım ifaçısı Dua Lipa günə yekun vuracaq.
İnterpress.az