İnterpress.az xəbər verir ki, kənd sakini, 1964-cü il təvəllüdlü Asif Hümmətov, kirvəsi 47 yaşlı Azər Nurəliyevə ov tüfəngindən atəş açıb. Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. İstintaq zamanı məlum olub ki, 2 kirvə məhləni sulayan zaman A.Hümmətov iti nişan alaraq vurmaq istəyib, ancaq güllə ehtiyatsızlıqdan A.Nurəliyevin ayağının şah damarına dəyib və nəticədə məlum hadisə baş verib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və A.Hümmətov şübhəli şəxs qismində həbs edilib. (ölkə.az)
İnterpress.az