Daha çox oxuduğu mərsiyyə və rövzələr ilə eyni zamanda, İslam dininin görkəmli şəxsiyyətlərinə həsr olunmuş mahnıları ilə dindar kəsimin rəğbətini qazanan Seyid Taleh Boradigahinin bu dəfə ifa etdiyi daha bir mahnı ilə musiqi aləminə yeni bir janr gətirdiyi deyilir.
İnterpress.az xəbər verir ki, daha çox oxuduğu dini mahnılara görə məddah kimi tanınan müğənninin son vaxtlar musiqi alətlərinin müşayiəti ilə dini mahnılar ifa etməsi dindarlar arasında birmənalı qarşılanmayıb.
Boradigahının \”Yaşasın Azərbaycan – Türkiyə\” mahnısını bu dəfə sazın müşayiəti ilə ifa etməsi onun fanatlarının qəzəbinə tuş gəlib. Belə ki, izləyicilər dini mahnılar oxuyan Seyid Talehin musiqi aləminə yeni janr gətirdiyini ifadə edərək onu tənqid ediblər.
Bununla yanaşı, müğənninin fanatları onun dini mahnılar oxuyan məddah kimi tanındığına görə musiqi alətlərinin müşayiəti olmadan ifa etməsini tələb ediblər.
Qeyd edək ki, Seyid Taleh Boradigahi daha çox qalmaqallı ifaları və fikirləri yadda qalıb.
İnterpress.az