Yaz yorğunluğundan qurtulmağın yollarıbackend

Yaz yorğunluğundan qurtulmağın yolları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ailem.az-a istinadən yaz yorğunluğundan qurtulmaq üçün faydalı içkilərin reseptini verir.

İmmunitet çayı:

2 stəkan su
2 xörək qaşığı ekineziya
1 çay qaşığı təzə zəncəfil
2 dilim yaşıl alma
1 çubuq darçın

Hazırlanması:

Bütün vəsaitləri qaynadın. Qaynadıqdan sonra 2-3 dəqiqə daha gözləyin və soyumağa qoyun. Süzərək isti və ya ilıq içə bilərsiniz.

Enerji verən içki – 1

1 kivi

1 stəkan kefir
10 ədəd çiy fındıq

4-5 yarpaq təzə nanə

Bütün vəsaitləri blenderlə qarışdırıb, təzə halda için.

Enerji verən içki – 2

Yarım banan
5-6 ədəd çiy badam
1 çay qaşığı kakao
2 ədəd xurma
1 stəkan süd

Bunların hamısını blenderlə qarışdırıb təzə halda için.

İnterpress.az