Azərbaycanda təhsil müəssisələrində rəhbər işçilərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə və psixoloqlara verilən əmək məzuniyyətinin müddəti müəyyənləşib.
İnterpress.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinin 118-ci (Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri) 2-ci hissəsinin “a” bəndinə dəyişiklik edilir.
Dəyişikliyə əsasən, təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara əmək məzuniyyəti 42 gün müddətinə veriləcək.
İnterpress.az