Azərbaycanda imamlar 400 manat maddi dəstək alacaqbackend

Azərbaycanda imamlar 400 manat maddi dəstək alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri əlavə edib ki, siyahıda ümumilikdə 1000-dən çox din xadiminin adı var:

“İmamlar 400 manatdan yuxarı, imam naibləri 300-dən yuxarı, mütəvəlliləri isə 220-250 manat arası maddi dəstək alacaq. Naxçıvanda çalışan 200-ə yaxın din xadimi də maddi dəstək alacaq”.

Onun sözlərinə görə, siyahıya əsasən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi, məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər bank hesablarından ödənişləri ala biləcəklər:

“Bakı və Bakıətrafı qəsəbələrdə maddi vəsait alacaq din xadimlərinin siyahısı tam hazırdır, Naxçıvan Muxtar Respublikası da siyahını təqdim edib. Yaxın günlərdə maddi vəsait din xadimlərinə ödəniləcək”.

İnterpress.az