İnterpress.az xəbər verir ki, hadisə Türkiyənin Konya şəhərində baş verib. Belə ki, orta məktəbdə qadın müəllimlə oğlan şagird arasında yaşanan eşq münasibəti sonda müəllimin məhkəmə qarşısına çıxarılması ilə nəticələnib.
İngilis dili müəlliməsi olan D.D şagirdinə vurulduqdan sonra həyat yoldaşından ayrılıb.
Daha sonra eşq həyatı yaşayan müəllimlə şagird skandalı orta məktəbdən kənara da sızıb. Məsələdən xəbərdar olan qadın müəllimin keçmiş həyat yoldaşı rəsmi şəkildə boşanmasa da, ondan ayrı yaşadığını bildirib. O, bundan sonra ailəsində baş verən xoşagəlməz hadisələrə görə həyat yoldaşını və onun şagird sevgilisini məhkəməyə verib.
Məhkəmənin hökmü ilə kişi ilə qadın arasında rəsmi nikah pozulub və onalr rəsmi şəkildə boşanmış sayılıblar. Bundan sonra kişi keçmiş həyat yoldaşını şərəf və ləyaqətini alçaltmaqda, eyni zamanda, xəyanət etməkdə günahlandıraraq məhkəmədə iddia irəli sürüb və ondan 200 min lirə təzminat tələb edib.
Məhkəmənin qərarı ilə qadın müəllim keçmiş ərinə 20 min lirə təzminat ödəməyə məcbur olub.
İnterpress.az