Nazirliyin əməkdaşı yol qəzasında xəsarət olubbackend

Nazirliyin əməkdaşı yol qəzasında xəsarət olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, Ələt-Astara magistralının Çayoba kəndindən keçən hissəsində \”VAZ 2107\” markalı avtomobil \”Tofaş\” markalı avtomaşınla toqquşub.

Nəticədə üç nəfər xəsarət alıb. Bunlar 1991-ci il təvəllüdlü Astara rayon sakini Qənbərov Emin Baloğlan oğlu, Biləsuvar rayon sakinləri – 1990-cı il təvəllüdlü Orucov Muxtar Yusif oğlu və 1989-cu il təvəllüdlü Abbasov Elmar İmamverdi oğludur. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az