İnterpress.az apa-ya istinadən xəbər verir ki, Hacıqabul rayonunun Udulu kəndi ərazisində \”QAZ-66\” markalı avtomobil dağdan aşıb. Nəticədə avtomobilin sürücüsü, Qubanın Xınalıq kənd sakini, 50 yaşlı Babayev Zakir Cümşüd oğlu hadisə yerində ölüb.
Avtomobildə olan Xınalıq sakini, 1992-ci il təvəllüdlü Sənan Babəli oğlu Babəliyev isə xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az