İnterpress.az xəbər verir ki, bu barədə şirkətin baş ofisi məlumat yayıb. Məlumatda deyilir ki, \”Twitter\”ə olunan kiber hücumların nəticəsində sosial şəbəkənin istifadəçilərinin hesabları ələ keçirilə bilər.
Bu səbəbdən şirkət sistemdə yaradılan müvəqqəti nasazlığı aradan qaldırana qədər istifadəçilərə parollarını dəyişməyi xahiş edib.
\”Twitter\” bununla bağlı yaydığı bəyanatında sistemdə aşkar olunan nasazlığın hazırda aradan qaldırılması üçün müvafiq texnoloji işlər aparıldığını bildirib.
Qeyd edək ki, \”Twitter\”-in aktiv istifadəçilərinin sayı 336 milyonu ötüb.
İnterpress.az