Şirkətdən oğurluq edən dəstə tutuldubackend

Şirkətdən oğurluq edən dəstə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 6 nəfər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların İmişli rayon sakinləri Ataməli İsmayılov, Tapdıq Quliyev, Yalçın Səfiyev, Amil Səfərov, Ağayar Şərifov və onun qardaşı Əlverdi olduqları müəyyən edilib.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların cari il aprel ayında Qarayazı kəndi ərazisində dayaqlararası ümumilikdə 860 metr alüminiumdan olan elektrik naqilini kəsərək oğurlamaları da müəyyən edilib.

İnterpress.az