Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il mayın 1-nə 5 465,8 mln. ABŞ dolları təşkil edib.
İnterpress.az AMB-yə istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 42,2 mln. manat və yaxud 0,77% azdır.
İlin əvvəlinə nisbətən isə qurumun valyuta ehtiyatları 131,2 mln. dollar və 2,46%, son 1 ildə isə 846,5 mln. dollar və yaxud 18,33% artıb.
Xatırladaq ki, AMB-nin valyuta ehtiyatları 2016-cı ilin dekabr ayından bəri ilk dəfədir ki, azalma nümayiş etdirir.
İnterpress.az