Nazirlik Masallıda qanunsuz ağac kəsən şəxsi axtarırbackend

Nazirlik Masallıda qanunsuz ağac kəsən şəxsi axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı növbəti reyd keçirilib.

Bu barədə İnterpress.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Masallı Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı ərazidə yaş köküstə 36 sm diametrliyində 1 ədəd şam ağacının qanunvericiliyə zidd olaraq kəsildiyi aşkar edilib. Faktla bağlı akt tərtib edilib və təbiətə 700 manat ziyan dəydiyi məlum olub.

Hazırda qanun pozucusunun müəyyənləşdirilməsi üçün zəruri tədbirlər görülür.

İnterpress.az