XİN rəsmisi bu məsələyə aydınlıq gətirdi – SAXTA XƏBƏRDİRbackend

XİN rəsmisi bu məsələyə aydınlıq gətirdi – SAXTA XƏBƏRDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəzi xarici KİV-lərdə guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsinə dair yayılan informasiyaya münasibət bildirib.

İnterpress.az xəbər verir ki, H.Hacıyev AZƏRTAC-ın sualını cavabında bildirib ki, yayılmış bu informasiya ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb: “Tam əminliklə bildiririk ki, bu məlumatın həqiqətlə heç bir uyğunluğu yoxdur, sırf saxta (fake) xəbərdir”.

İnterpress.az