Gəncədə yaşayış binası yanır –  Yanğınsöndürənlər xəsarət alıb – YENİLƏNİBbackend

Gəncədə yaşayış binası yanır – Yanğınsöndürənlər xəsarət alıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində yanan yaşayış bınasını söndürən zaman xəsarət alan Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının adları məlum olub.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, bunlar Göygöl rayon sakini 1988-ci il təvəllüdlü Məmmədov Zirəddin Mübariz oğlu və Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Ləlləyev Namiq Əbulfəz oğludur.

Hər iki yanğınsöndürən hündürlükdən yıxılaraq xəsarət alıblar. N.Lələyevin vəziyyəti ağır, digər yaralının isə orta-ağır qiymətləndirilir.

10:55 ***

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli binada baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı FHN-in yanğınsöndürənlərindən azı ikisi xəsarət alıb.

Sakinlər təxliyyə olunub. Hazırda yanğın söndürülmək üzrədir.

Yanğının başvermə səbəbləri araşdırılır.

İnterpress.az