İnterpress.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərində yağan aramsız leysan yağışları sel sularının şəhərin küçə və prospektlərinə dolmasına səbəb olub.
Belə ki, Boğaziçi məhəlləsindəki Mamak körpüsünün altını su basıb.
Nəticədə azı 6 nəfərin xəsarət aldığı bildirilir.
Onlarla avtomobilə ciddi ziyan dəydiyi bildirilir.
Hazırda sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Əraziyə xilasedicilər cəlb olunub.
İnterpress.az