Baş Prokurorluğun mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, tədbir çərçivəsində paytaxtın Suraxanı rayonu ərazisində Hövsan qəsəbəsinin yaxınlığında 2 hektar ərazidə mindən artıq zeytun və Eldar şamı ağacları əkilib. Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
İnterpress.az