İnterpress.az xəbər verir ki, bu sözləri xalq artisti Fəxrəddin Manafov mərhum aktyor Fuad Poladovla bağlı fikirlərini bölüşərkən deyib.
Media nümayəndələrinin suallarını cavablandıran aktyor göz yaşlarını saxlaya bilməyib:
\”Bu haqda danışmaq mənə çətindir. İnsan qəribə məxluqdur, gözləyə-gözləyə düşünür ki, son olmayacaq. Hər zaman Fuad Poladovu özümə örnək götürürdüm. Bunu görəndə hər dəfə ona da deyirdim. Ruhu şad olsun. Bu sənətdə onun kimi sənətə nizam-intizamla, sevgi ilə yanaşan başqa bir sənətkar görməmişdim. Hamı onu çox istəyridi”. (axşam.az)
İnterpress.az