Türkiyənin İzmir şəhərində “Bakı parkı” və abidəsi açılıb – FOTObackend

Türkiyənin İzmir şəhərində “Bakı parkı” və abidəsi açılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az report-a istinadən xəbər verir ki, açılış mərasimidə İzmir böyükşəhər bələdiyyəsinin sədri Əziz Qocaoğlu, İzmirin Narlı dərə Bələdiyyəsinin rəhbəri Abdül Batur, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycan Qardaşlıq və İşbirliyi təşkilatının rəhbəri Asif Qurban, ziyalılar, İzmirdə yaşayan, təhsil alan həmvətənlərimiz iştirak edib.

Mərasimdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Daha sonra parkda yer alan güşələrdən bəhs edən film nümayiş olunub. Azərbaycan əsilli şair Tuğrul Kəskin Bakı və İzmiri vəsf edən şeirlər səsləndirib.

Türkiyənin İzmir şəhərində "Bakı parkı" və abidəsi açılıb - FOTO

Çıxışlarda ümummilli lider Heydər Əliyevin \”Bir millət, iki dövlət\”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün \”Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir\” – tarixi kəlamlarına diqqət çəkilib, iki qardaş ölkənin tarix boyu birlik və bərabərliklərini qorumaq üçün mücadiləsindən söz açılıb. Tədbirdə parkın gələcəkdə daha da genişləndiriləcəyi bildirilib. Tədbir iştirakçıları parkı gəzərək, xatirə fotosu çəkdiriblər.

Türkiyənin İzmir şəhərində "Bakı parkı" və abidəsi açılıb - FOTO

Sənətçilər parkda Azərbaycan mahnılarından ibarət konset proqramı ilə çıxış ediblər.

Türkiyənin İzmir şəhərində "Bakı parkı" və abidəsi açılıb - FOTO

Qeyd edək ki, Tükiyə Böyük Millət Məclisinin qərarı ilə İzmir və Bakı qardaşlaşmış şəhər elan olunub.

İnterpress.az