Türkiyədə keçriləcək 24 iyun prezident seçkiləri yaxınlaşdıqca Qərb mediasında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında yazılar artmağa başlayıb.
Avropa.info xəbər verir ki, İngiltərənin “Times” qəzeti hələ seçki prosresi başlamamış seçkiləri qaralama məqsədi güdən bir yazı dərc edib. Sözügedən yazıda Türkiyə və Ərdoğan haqqında ağır ittihamlar var.
“Baş nazir və prezident olaraq 15 ildir hakimiyyətdə olan Ərdoğan həqiqətən seçkiləri əzici bir üstünlüklə qazanacaq. Duyğusal və hər cür müxalifətə qarşı dözümsüz olan Ərdoğan, özündən başqa kimsənin qazana bilməməsini təmin edib.
Ərdoğan yeni konstitusiya ilə birlikdə prezidentə verilən geniş səlahiyyətləri möhkəmləndirməyi, Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatlarını və Fətullah Gülən tərəfdarlarına qarşı yönəlik tədbirləri operativ şəkildə həll etməyi qarşısına məqsəd qoyub.
Türkiyənin Avropalı müttəfiqləri geriləyən demokratik sistemin yenidən inşa edilməsinə qədər Avropa Birliyi qapılarının Ankaranın üzünə qapalı qalacağını açıq şəkildə deyirlər. Türkiyə ilə Rusiya arasındakı yaxın münasibətlərdən narahat olan ABŞ, viza məsələsi ilə Ankaradan qisas almaq istədi. Bundan başqa, Türkiyənin dövlət bankının rəhbəri də ABŞ-da həbs olundu.
Ərdoğan isə həmişəki kimi seçki kampaniyasında Türkiyənin müdafiəsi, PKK, Avropa Birliyi, dünyəvi sistem, Türkiyənin tarixinə ləkə gətirdiyi düşünülən hər cür düşmənə qarşı mübarizədən danışacaq. Ərdoğan kamalizimdən, Qərb meyllərindən tədricən qoparaq, onun yerinə Osmanlı keçmişinə qayıtmağı hədəfləyir. Türkkiyə prezidenti İslamçı prinsiplərdən yapışaraq, NATO və AB ilə əlaqələri kəsmək istəyir” – “Times”in yazısında belə deyilir.
İnterpress.az