İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin beşinci mərtəbəsində köməkçi tikilinin içərisində yığılmış ev əşyaları 4 m2 sahədə yanıb. Yanğın zamanı tüstüdən zəhərlənmiş 1 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb.
İnterpress.az