İnterpress.az xəbər verir ki, açıqlamaya əsasən, imkanlı rus iş adamı ilə əlaqə yaradan bir şirkət Trampın vəkili Maykl Kohenə 500 min dollar verib.
Denielsin vəkili Maykl Avenatti qeyd edib ki, Putinə yaxın olan və oliqarxlar sinfinə məxsus iş adamı Viktor Vekselberqin nəzarəti altında olan ABŞ şirkəti Kohenə pul ödəyib. Vekselberq isə ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə etdiyi üçün sanksiyalar siyahısına əlavə edilib. (ölkə.az)
İnterpress.az