İlahiyyatçıdan azyaşlıların evlənməsi xəbərinə SƏRT REAKSİYA – KİŞİ QADINI TƏMİN ETMƏLİDİRbackend

İlahiyyatçıdan azyaşlıların evlənməsi xəbərinə SƏRT REAKSİYA – KİŞİ QADINI TƏMİN ETMƏLİDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azyaşlıların evlənməsinə İslam dininin münasibəti başqa bir şeydir, bizim cəmiyyətin anlayışı, bizim cəmiyyətin qəbul edərək müasir dövrdə başa düşdüyü yaş həddi tam başqadır. İslam dininin qaydalarında necə olmasına baxmayaraq, bu, dövlətimizin qanunlarına ziddirsə, onların evlənməsi İslam dini baxımından da düzgün deyil. Bizim cəmiyyətdə və dövlətimizdə ailə qurmaq üçün yaş həddi necə müəyyən olunubsa, ona riayət olunmalıdır. Bu məsələdə İslam dini razılıq versə də, verməsə də, əsas cəmiyyətin qanunlarıdır. Hətta İslam dini baxımından da bu yaşda cütlüklərin ailə qurmasına icazə verilmir”.

Bunu İnterpress.az-a açıqlamasında ilahiyyatçı-alim Əkrəm Həsənov mətbuatda azyaşlıların evlənməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

Ə.Həsənov bildirib ki, İslam dinində insanların evlənməsi ilə bağlı standart yaş həddi müəyyənləşdirilib: “İslamda ailə qurmaq üçün yaş həddi insanın fizioloji baxımdan formalaşmasından aslıdır. Yəni, konkret yaş həddi yoxdur. İndi yeddinci əsr deyil ki, insanlar daha çox böyüsünlər və daha çox inkişaf etmiş olsunlar. Müasir dövrdə hətta 40 yaşlı kişi belə ailə qurmağa tam hazır deyil. Çünki belələri bəzən evlənir və ailəsini qoruya və saxlaya bilmir”.

İlahiyyatçıdan azyaşlıların evlənməsi xəbərinə SƏRT REAKSİYA – KİŞİ QADINI TƏMİN ETMƏLİDİRİlahiyyatçı daha sonra qeyd edib ki, İslam dininin qaydaları arasında standrat yaş həddi yoxdur: “Belə deyək də, standart yaş həddi-buluq yaşına yetişdikdən sonra meydana gəlir. Dövlətimiz də bununla bağlı yaş həddi müəyyən edib. O yaşdan artıq-əskik yaş dövründə evlənmək düzgün deyil. Islam peyğəmbəri də həddi-buluğa çatan şəxslərin evləndirilməsini tövsiyyə edib. O dövrdə, yəni. O mühitə uyğun, o şəraitə uyğun olaraq bu tövsiyyəni edib. Amma kim dəqiq bilir ki, Məhəmməd Peyğəmbər bu gün yaşasaydı evlənmək üçün yaş həddini necə müəyyən edə bilərdi? Yəni, ona görə də, bu gün azyaşlıların ailə qurması o demək deyil ki, İslam dinində icazəlidir. Buna müasir dövrün şərtləri icazə verməlidir”.

Ə.Həsənovun insanların yetkinlik yaşına çatmasının hansı yaş dövrünə təsadüf etdiyindən də söz açıb. Onun sözlərinə görə, bu gün insanlar yeddinci əsrin insanlarına nisbətən fizioloji baxımdan çox zəifdirlər: “Bu gün tibbi baxımdan götürsək, 9 yaşlı qız uşağı hələ yetkinlik yaşına çatmır. Bu yaşda qadında olan müəyyən proseslər baş vermir. Bu proseslər qadında 14 yaşdan sonra özünü göstrəməyə başlayır. Hətta 13 yaşda da həddi-buluq əlamətlərini özünü göstərmir. Çünki bu gün insanlar yeddinci əsrin insanlarına nisbətən fizioloji baxımdan çox zəifdirlər. İstər bədən quruluşunda, istərsə də, digər əlamətlərə görə zəifdirlər. O dövrdə 9 yaşda qadın artıq yetkinlik yaşına çatmış və ana olmağa hazırlaşan bir qadın olurdu. Amma bugünkü dövrdə belə deyil. Bu gün 14 yaşlı qız güc-bəla ilə yetkinlik yaşına çatmağa cəhd göstərir. Konkret olaraq insanların ailə qurmasına icazə verən şərtlər var: Həm yaş həddi, yetkinlik yaşına çatma. Bir kişi ailə qurmaq istəyirsə, o, öncədən düşünməlidir ki, evləndiyi qadını həyatda təmin etməyi bacarmalıdır. Yəni, bu təminat hər cəhətdən şərtlərə uyğun olmalıdır. Kişi evinə ruzi gətirməyi bacarmalıdır və s. Əgər, onun 12 yaşı varsa, o, bu şərtləri necə bacaracaq. O, bu vəziyyətdə ailə saxlaya bilməz. Onun gələcəyi mənfiyə doğru gedəcək. Ona görə də, bu məsələlər üzündən ailələr tez-tez dağılır. İndi 4-50 yaşlı kişi belə ailəsini dolandıra bilmir”.

Qeyd edək ki, mətbuatda Yevlax rayonunun Cirdaxan kəndində azyaşlıların evlənməsi barədə məlumat yayılıb. Cirdaxan kənd bələdiyyəsinin sədri Qiyas Həsənov mətbuata açıqlamasında həmin toyun sözügedən kənddə deyil, rayonun başqa ərazisində baş tutduğunu qeyd edib: \”Yayılan fotodan xəbərimiz var. Sözügedən toy bizim kənddə olmayıb. Həmin toy rayonun başqa ərazisində, qaraçılar yaşayan ərazidə baş tutub. Məndə olan məlumata görə, o şəkil qaraçı toyunda şəkilib”.

DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə isə sözügedən fotoşəkil həqiqəti əks etdirmir: \”Apardığımız araşdırmalar nəticəsində Yevlax şəhərində belə bir toy mərasiminin baş tutmadığı aşkar edilib. Məlumat yalnışdır. Yevlax şəhərində fotoşəkildəki şəxslər yaşamırlar\”.

Səid Qərib
İnetrpress.az

İlahiyyatçıdan azyaşlıların evlənməsi xəbərinə SƏRT REAKSİYA – KİŞİ QADINI TƏMİN ETMƏLİDİR