Gürcüstanın paytaxtında etiraz aksiyasıbackend

Gürcüstanın paytaxtında etiraz aksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Ağ səs-küy” ictimai hərəkatının təşkil etdiyi aksiya “Biz bir yerdə rəqs edirik, bir yerdə mübarizə aparırıq” şüarı altında baş tutub.

Aksiyaya “Qirçi” Partiyası, gecə klublarında çalışanlar, QHT nümayəndələri qatılıb. Onlar gecə klublarındakı reydlərə görə hökuməti tənqid edərək baş nazirin, daxili işlər nazirinin istefasını və zorakılıqda günahı olanların cəzalandırılmasını tələb ediblər.

Kutaisi və Batumi şəhərlərində də həmrəylik aksiyaları keçirilib.

Qeyd edək ki, bu gün gecə saatlarında Tbilisidəki “Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb.

İnterpress.az