Bir klanın üzvü rəqib cəhbədən olanı təhqir edir, onu bəzən ölümlə hədələyir.
Ancaq çox keçmir ki, təhqir edən şəxs ələ keçirilərək ən sərt şəkildə cəzalandırılır.
İnterpress.az Yenicag.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl kriminal aləmdə “Şeyx Həmzət” ləqəbi ilə tanınan Həmzət Qastəmirovu təhqir edən şəxs də cəzasız qalmayıb. 2016-cı ildə İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunan “Şeyx Həmzət”in adamları onu təhqir edəni ələ keçirərək cəzalandırıblar.
Yenicag.az əldə etdiyi o anın videosunu təqdim edir:
İnterpress.az