İnterpress.az xəbər verir ki, tədbir Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Ulyanovsk şəhər bölməsinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Ulyanovsk vilayətinin qubernatoru Sergey Paxovski, şəhər meri Mixail Morozov, Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Ulyanovsk regional böməsinin sədri İslam Hüseynov, təşkilatın nümayəndələri, şəhər orta məktəblərinin müəllim və şagirdləri və Ulyanovskda yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbirdə çıxış edən İ.Hüseynov ümummilli liderin həyat və fəaliyyətindən söz açaraq tədbir iştirakçılarını məlumatlandırıb.
O bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın banisi kimi ölkənin tarixinə həkk olunub: “Heydər Əliyev Azərbaycanı müasir formada inşa edən dahi şəxsiyyətdir. O, Azərbaycanın dünyada tanıdılması üçün yeni bir səhifə açdı. O, Rusiya ilə əlaqələrin daha da yüksələn xətt üzrə inkişaf etməsi üçün Rusiya prezidenti Vladimir Putinlə dostluq münasibətlərini genişləndirdi. Ümumiyyətlə, Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti bu gün də Cənab İlham Əliyev tərəfindən həyata keçirilir”.
Tədbirdə rus və Azərbaycan dillərində müxtəlif mövzularda mahnılar ifa olunub və şeirlər səsləndirilib.
Tədbir iştirakçıları daha sonra Ulyanovsk şəhərində Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önüə gedərək gül və çiçəklər qoyublar.
İ.Hüseynov bildirib ki, Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə şəhərin ən gözəl yerlərindən birində yerləşir.
İnterpress.az