İnterpress.az 7NEWS.az-a daxil olan daha bir şikayəti dərc edir.
\”Salam hörmətli Redaksiya!
Son ümüdüm sizsiniz. Dəfələrlə aidiyatı orqanlara müraciət etməyimə baxmayaraq Goranboy Rayonunun Qızılhacılı kəndində yenə də məmur özbaşınalığı davam edir. Hörmətli Ramil Usubov, hörmətli Zakir Qaralov, hörmətli Fikrət Məmmədov sizlərə dəfələrlə müraciətlərimə baxmayaraq sizin araşdırma üçün göndərdiyininz, sizə tabe olan qurumlar hadisələri qanun naminə deyil, buradakı məmurların qohumlarının xahişi və tələbləri naminə məsələləri həll etməyə çalışırlar. Belə ki, 14.05.2018 il tarixdə özünü Goranboy icra hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxs 25 ildir ki, icarəmizdə olan ərazimizə soxularaq buranı tərk etməlisiniz, burda artıq başqa adamlar olacaq əllərimizdə sənədlər var. Biz həmin şəxsə siz özünüzü təqdim edin, biz sizi tanımırıq, o adam israrla bəyan edirdi ki, mən Goranboy rayon icra hakimiyyətinin nümayəndəsiyəm. Adını və soyadını təqdim etmirdi. Biz ona deyəndəki biz hamını tanıyırıq siz Goranboy icra hakimiyyətində məmur deyilsiniz hansı orqandan gəlib soxulmusunuz ərazimizə o cavabında israrla mən İcra nümayəndəsiyəm deyərək vəzifəsini təsdiq edirdi. Biz şəxsi araşdırma apardıqda aşkar olundu ki, bu şəxsin Goranboy rayonuna heç bir əlaqəsi yoxdur. Bu insan Xocalı Rayon icra Hakimiyyətində mütəxəssis işləyir. Dövlətimizin ona verdiyi vəzifə və kreslonu öz şəxsi mənafeyi üçün icra edir. Hörmətli cənab nazirlərimiz, sizdən xahişim budur ki, cənab Prezidentimizin xüsüsi tapşırığı Məmur Xalqın Qulluqçusudur sözlərini həyata keçirib bu Dələduz, adbatıran, vəsifəsindən sui istifadə edən Terorist məmur Telman Xanlarov Haqqında bir tədbir görəsiniz. Telman Xanlarov kimi dırnaq arası məmurlar Azərbaycan Respublikasının Kanustusiyasının tələblərinə, Azərbaycan Respulikasının Qanunlarına, Məmur şərəfinə düzgün xidmət etməyərək ləkə gətirir. Telman Xanlarov kimi məmurlar haqqında dərhal Azerbaycan Respulikasının qanunları ilə ən sərt formada cəzalanmasını sizlərdən xahiş edirəm.
Bu cür məmurlar bir dəsdə qrup olaraq bilərəkdən xalqa əzab əziyyət verərək xalqı üsyana və dövlətə narazı olmağa təhrik edirlər. Telman bəyə deyəndə ki biz şikayəət edəcəyik o cavabında dedi ki gedin kimə istəyirsiniz şikayət edin istəyirsiniz gedin özünüzü ulu öndərin Məzarında yandırın. Mənim çox yüksək səviyyədə çalışan qohumlarım var. Aidiyyatı orqanlar yəqin ki, araşdırıb tapar bu tertorist məmur kimlərə arxayın olub gəlib Goranboy rayonunda terrorçuluqla məşğuldur. Bəlkəmdə qohumların belə bir vəzifəsindən sui istifadə edən, dələduz Telman Xanlarovdan heç məlumatlarıda yoxdur\”.
İnterpress.az