İnterpress.az xəbər verir ki, görüşdə Azərbaycan futbolunun tanınmış simaları olan Ruslan Abışov, Şəhriyar Rəhimov, Elxan Cəbrayılov, Eşqin Quliyev, Hüseyn Axundov, Bəxtiyar Soltanov, Şehriyar Əliyev, Anar Həsənov, Pərvin Paşayev və Emin Mahmudov iştirak ediblər.
Maraqlı söhbət və müzakirələrlə keçən görüşün sonunda milli yığmanın oyunçuları ilahiyyatçıya futbol forması hədiyyə ediblər. Öz növbəsində hacı Şahin Həsənli futbolçulara dərin təşəkkürünü bildirərək bol-bol uğurlar arzu edib.
İnterpress.az