Prezident icra başçısını işdən çıxardı – SƏRƏNCAMbackend

Prezident icra başçısını işdən çıxardı – SƏRƏNCAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Xaləddin İsgəndərovun Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

İnterpress.az
xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Xaləddin Şahmar oğlu İsgəndərov Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2018-ci il.

*** 15: 30
İnterpress.az xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, X.İsgəndərov bu gün kollektivlə vidalaşıb.

Yaxın saatlarda onun vəzifədən azad olunması ilə prezident sərəncamının elan olunacağı gözlənilir.

Binəqədi rayonu İcra Hakimiyyətindən xəbərə münasibət bildirmək istəməyiblər.

Qeyd edək ki, Xaləddin İsgəndərov 2012-ci ilin aprelindən Bakının Binəqədi rayonunda icra başçısı işləyirdi.

O, sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsidir.

İnterpress.az