Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, şəhərin 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakinləri – 1972-ci il təvəllüdlü Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 1981-ci il təvəllüdlü Rafət Feyziyevanı bıçaqlayaraq öldürüb.
R. Feyziyev saxlanılıb.
İnterpress.az