İnterpress.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 18-də Bakıda imsak saat 03:39, iftar isə saat 20:08-dədir.
Ramazan ayının 2-ci gününün duası:
\”Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin\”.
Tərcüməsi:
\”İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından uzaq et. Ey Rəhmlilərin Rəhmlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et\”.
Allah orucunuzu qəbul etsin!
İnterpress.az