ABŞ Senatı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə Cina Haspelin təyinatını təsdiqləyib.
Senatorların əksəriyyəti prezident D.Trampın MKİ rəhbəri vəzifəsinə irəli sürdüyü C.Haspelin namizədliyini dəstəkləyib.
Qeyd edək ki, C.Haspel ABŞ-ın əsas kəşfiyyat qurumlarından biri hesab edilən MKİ-yə rəhbərlik edəcək ilk qadındır. Təyinatadək C.Haspel MKİ direktoru müavini vəzifəsində çalışıb.
İnterpress.az