İnterpress.az xəbər verir ki, bunu deputat Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib. Bir neçə gün bundan öncə ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbərinə qarşı qərəzli qərar qəbul etdiyini xatırladan deputat söyləyib ki, bu qərar subyektiv və qərəzlidir.
\”Bu AŞPA-nın öz missiyasına qarşı hörmətsizlikdir. Lakin son baş verənlər göstərdi ki, AŞPA-da həmin tribunadan sui-istifadə edən erməni lobbiçiləri ilə fəaliyyət göstərənlər də var. Biz bu cür münasibəti qəbul etmir və qətiyyətlə pisləyirik. Bu neqativ cəhdlər heç bir nəticə verməyəcək\”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti daim ölkəmizin maraqlarını müdafiə edib. “Həmin nümayəndə heyətində olan insanlar peşəkardılar. Deyirlər ki, Səməd Seyidovun korrupsiya əməlində iştirakı olmayıb. Amma sonra ona sanksiya tətbiq edilir. Bu, AŞPA-ya başucalığı gətirmir. Biz orada fəaliyyətimizi daha da əzmlə davam etdirməliyik”.
Deputat Fəzail İbrahimli isə deyib ki, Avropa Şurası Parlament Assambleyasında Səməd Seyidovu hədəfə götürülməsi təsadüfi deyil.
“Səməd Seyidov AŞPA-da gedən prosesləri dərindən bilən, öz çıxışlarında daima ikili standartlara cavab verən şəxslərdən biri olub. İnanıram ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bundan sonra daha güclü fəaliyyət göstərəcək, öz sözünü deyəcək”. (modern.az)
İnterpress.az