Fazil Mustafa işçiləri çıxaran təzə məmurları tənqid etdibackend

Fazil Mustafa işçiləri çıxaran təzə məmurları tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçrilən plenar iclasında çxıış edən deputat Fazil Mustafa deyib. O bildirib ki, hər hansı bir vəzifəyə təyin olunan şəxs orada çalışan məmurların soyqırımını gerçəkləşdirir.

“Son vaxtlar bu halı müşahidə edirik. Bir məmuru yetişdirmək üçün dövlət xeyli vəsait xərcləyir. Ancaq bir icra başçısı və məmur vəzifəyə təyin olunan kimi digərlərini ordan çıxarır. Deyəndə ki məni niyə çıxarırsan deyir ki, get ver məhkəməyə. Məhkəmə də dövlət orqanlarının ziyanına heç bir qərar çıxartmır. Biz hər hansı dövlət orqanında 15-20 il çalışan şəxsləri belə xərcləməklə nəyə malik oluruq?”. (modern.az)

İnterpress.az