Unibank müştərini təhqir etdi – VİDEObackend

Unibank müştərini təhqir etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, aparıcı Tunay Əliyeva \”Unibank\”da gözlənilməz hadisə ilə qarşılaşıb.

Belə ki, bank öz müştərilərinə qarşı laqeydsizlikdə ittiham olunur. Bu ittihamla apacı T.Əliyeva çıxış edib.

T.Əliyeva bankda maliyyə əməliyyatları edən zaman ayaqyoluya ehtiyyacı yaranıb. Amma bank işçiləri xanım müştərinin bank daxilində ayaqyoludan istifadə etmək hüququnun olmadığını bildirib.

Aparıcı isə bu məsələni sosial şəbəkələrdə paylaşaraq müzakirə mövzusuna çevirib.

Qeyd edək ki, “Unibank” teleaparıcı Tunay Əliyevaya qarşı əvvəllər də mənfi münasibətdə olub. Belə ki, 3 il bundan öncə “Unibank” heç bir xəbərdarlıq etmədən xanım aparıcının “Albalı Kart”ını bağlamışdı. Teleaparıcı bunu müştərilərə qarşı tərbiyəsizlik və hörmətsizlik kimi dəyərləndirmişdi.

Xatırladaq ki, “Unibank”la bağlı mətbuatda dəfələrlə şikayət xarakterli yazılar dərc olunub.

İnterpress.az